Son əlavə olunanlar

Nağıllar, hekayələr

Tülkü ilə qazların əhvalatı

Günlərin bir günü qazlar çəmənlikdə otlayırdılar. Sən demə tülkü pusquda durub onlara baxırmış. Birdən gördü ki, qazlardan bir az aralıda yekə bir it uzanıb mürgüləyir. Pələng adlı bu iti kənddə tanımayan yox idi.  

Zahid Xəlil. İki parıltı

Dünyada iki parıltı var idi. Bunlar elə parıltılar idi ki, hansı əşyanı istəsələr parıldada bilirdilər. Hətta adamları da parıldatmaq olurdu. Parıltılar bir gün dalaşdılar. Dalaşmalarının da səbəbi lap adi bir şey oldu. Böyük Parıltı dedi:

Zahid Xəlil. Yarpaq çələngi

Bu əhvalat оlanda dünyada insan yох idi. Dünya başdan-başa dumana bürünmüşdü. Küləklər şən-şən fit çalır, yağış оrtalığa düşüb оynayırdı. Ağaclar çılpaq bədənlərini bilmirdilər ki, harada gizlətsinlər. Bu mənzərəyə baхan ildırımlar şaqqanaq çəkib еlə gülürdülər ki, yеr-göy lərzəyə gəlirdi. Ağaclar qоrхudan tir-tir titrəyirdi.

Zahid Xəlil. Tüklücə

Hər şey gül kolunun əyri və yöndəmsiz tikanının Zərifənin qolunu cızmasından başladı. Qızcığaz qızılgülü dərərkən həmin tikan onun qoluna sancıldı və qız: —Ay ana! — deyib geri çəkiləndə tikan onun qolunu əməlli başlı yaraladı. Zərifə tikanı birtəhər qolundan çıxardıb, əli ilə qanayan yerinin üstünü örtdü. Qan görünməz oldu. Amma Zərifənin göz yaşları yanağından aşağı süzülməyə başladı. 

Xeyirxah Tomi

Tamerlan anası ilə məktəbə tələsirdi. Dərsin başlanmasına lap az qalmışdı. Elə bu vaxt onlar yolun tən ortasında çabalayan bir pişik balası gördülər. Tez ona yaxınlaşdılar. Ana pişiyi əlinə götürdü:  

Cəlil Məmmədquluzadə. Pirverdinin xoruzu

Qasım əminin övrəti Həlimə xala çörək yapırdı.