Son əlavə olunanlar

Nağıllar, hekayələr

Zahid Xəlil. Tüklücə

Hər şey gül kolunun əyri və yöndəmsiz tikanının Zərifənin qolunu cızmasından başladı. Qızcığaz qızılgülü dərərkən həmin tikan onun qoluna sancıldı və qız: —Ay ana! — deyib geri çəkiləndə tikan onun qolunu əməlli başlı yaraladı. Zərifə tikanı birtəhər qolundan çıxardıb, əli ilə qanayan yerinin üstünü örtdü. Qan görünməz oldu. Amma Zərifənin göz yaşları yanağından aşağı süzülməyə başladı. 

Xeyirxah Tomi

Tamerlan anası ilə məktəbə tələsirdi. Dərsin başlanmasına lap az qalmışdı. Elə bu vaxt onlar yolun tən ortasında çabalayan bir pişik balası gördülər. Tez ona yaxınlaşdılar. Ana pişiyi əlinə götürdü:  

Cəlil Məmmədquluzadə. Pirverdinin xoruzu

Qasım əminin övrəti Həlimə xala çörək yapırdı.  

Zahid Xəlil. Dayə qarışqalar

Qarışqalar о zaman ana hеsab оlunur ki, yumurta vеrir. Yumurta vеrməklə də оnun vəzifəsi qurtarır. Bu yumurtaların hərəsini bir dayə götürüb aparır və оnun içindən təzə qarışqa çıхanacan yumurtaya qulluq еdir. Dayə yumurtanı əvvəlcə еvin yuхarı mərtəbəsinə qaldırır. Çünki yuхarı mərtəbə yеr səthinə yaхın оlduğu üçün isti оlur. Еlə ki çöldə havalar sоyudu, dayə də yumurtanı mərtəbə-mərtəbə aşağı еndirir. Lap sоyuq оlanda isə yumurtaları еvin birinci mərtəbəsinə еndirir ki, dоnmasınlar.

Gülnar xanım

Qəndahar padşahının Məlik Məmməd adında bir oğlu var idi. Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif Kənan onun əlinə su tökə bilməzdi. Özü də Qəndahar padşahının aman-zaman bir dənə oğlu idi. Məlik Məmmədi hamıdan çox istəyən qoca bir lələsi vardı.  

Keçəl

Biri var idi, biri yox idi, bir qarı var idi. Bu qarının gözünün ağıqarası bir keçəl oğlu var idi. Qarının keçəl oğlu camaatın buzovunu otarardı.