Son əlavə olunanlar

Nağıllar, hekayələr

Balaca dovşan və Yaz

Balaca dovşan Mişmiş yayı çox sevirdi və anası ona yayın tezliklə qaçacağını, soyuq olacağını və yağış yağacağını deyəndə əsəbləşdi və dadlı bir kələm tortu yeməyə belə getmədi.

Əyyub Türkay.Şirin dərman

Dörd dost. Misir nağılı

Zahid Xəlil. Qış nağılı

Bu əhvalat qışda olmuşdu. Gün batmış, ay doğmuşdu. Hər tərəfə sərilmiş qar ayın şüası altında yazılmamış vərəq kimi ağarırdı. Kollar qar altından başını qaldırmaq istəyən ayılara oxşayırdı.  

Zahid Xəlil. Göycə

Mən qabaqda dananın bоğazına bağlanmış ala çatıdan tutub çəkirdim. Atam ayaqlarını sürüyə-sürüyə arхadan gəlirdi. Hərdən çеvrilib tünd mavi tükləri adamın gözlərini qamaşdıran danaya, оnun iri qоnur gözlərinə və uşaq papışlarına охşayan zil qara dırnaqlarına baхırdım. Atam isə hərdən ah çəkir, arхamızca könülsüz-könülsüz addımlayırdı. Uzundimdik şapkasını gözünün üstünə basmışdı. Hirsli оlanda bеlə еdərdi. Göy darvazamızdan içəri girəndə anam çaşqın-çaşqın bizə baхdı. Aхı, bazara gеdəndə atama bərk-bərk tapşırmışdı:   

Zahid Xəlil. Kölgələr

Sən öz kölgəni görmüsənmi? Əlbəttə, günəşli havalarda! Hə, bax elə ki, günəş batdı, kölgələr də qaranlıq bir yerə çəkilir. Gündüz gördüklərindən bir-birinə danışır, ya da başlayırlar oynamağa.