Son əlavə olunanlar

Odlar Yurdu

Bibiheybət məscidi

Bibiheybət məscid-ziyarətgah kompleksi Bakı buxtası sahilində yerləşir. Bu məkan Bakının ən müqəddəs və tarixi dini abidələrindən biridir. Xəzər dənizinin sahilində yerləşən kompleks həm memarlıq, həm də mənəvi dəyəri ilə seçilir. Bibiheybət yalnız ibadət məkanı deyil, eyni zamanda Azərbaycan xalqının tarixini, inancını və mədəniyyətini yaşadan müqəddəs ocaqdır.  

Sahil bağı – tarixi binalar arasında yaşıl məkan

Bakının mərkəzi hissəsində, Xaqani küçəsinin, Bülbül prospektinin, Üzeyir Hacıbəyli və Rəşid Behbudov küçələrinin kəsişdiyi ərazidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının qarşısında yerləşən bu bağ tarixi tikililərlə əhatə olunub.  

Mingəçevir - Kürün gözəlliyinin, ruhunun və enerjisinin hiss olunduğu məkan

Mingəçevir Kürün gözəlliyini, möhtəşəmliyini hiss edə biləcəyiniz yerlərdəndir. Çayın sahilində yerləşən "İşıqlar şəhəri" təmizliyi, göz oxşayan mənzərələri və ən əsası sərin sahil xətti ilə tanınır. Bu ərazi təbiətin gözəlliyi ilə yanaşı, eyni zamanda, macəra və rahatlığı özündə birləşdirir. 1948-ci ildə şəhər yaranandan sakinlərinin istirahəti üçün Kür çayının sahilində bulvar yaradılıb. Şəhərdən keçən çayın hər iki sahilindəki parklar göz oxşayır. 

Yardımlının təbiət gözəli – “Tək dam” şəlaləsi

“Tək dam” şəlaləsi Azərbaycanın cənub-şərq bölgəsində, Yardımlı rayonunda yerləşir. Şəlalə nadir və gözoxşayan təbii gözəlliyi ilə seçilir.  

Masallının məşhur istisuyu

Masallı ölkəmizin füsunkar təbiəti ilə seçilən bölgələrindən biridir. Dağları və meşələri ilə tanınan bu diyar müalicəvi suları baxımından da xüsusi əhəmiyyət daşıyır.  

Şamaxının Dəmirçi kəndi

Şamaxının Dəmirçi kəndi tarixi məkan olmaqla yanaşı, həm də ruhu dincəldir, yaddaşı oyadır. Dağların ətəyində yerləşən kənddə hər daş, hər küçə sanki keçmişdən bəhs edən bir hekayə danışır.