Coşqun Xəliloğlu. Mənim dostum
Mən ikinci sinifdə oxuyuram. Çoxlu dostlarım var. Ən yaxın dostum isə Hünərdi. Atam da onu tanıyır. Axı Hünərin atası Süleyman əmi də Qarabağ müharibəsində atam kimi düşmənə qarşı döyüşüb. Qazidir, Şuşanın azad edilməsi uğrunda döyüşlərdə sol qolunu itirib.