Son əlavə olunanlar

Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. XI fəsil

Günortaya yaxın birdən-birə bütün şəhəri qorxunc bir xəbər bürüdü. O zamanlar heç kəsin təsəvvür etmədiyi teleqrafa belə ehtiyac yox idi; xəbər ağızdan-ağıza, dəstədən-dəstəyə, evdən-evə yayılaraq bütün şəhəri bürüdü. Aydın məsələdir ki, müəllim dərsin yarısında şagirdlərini evə buraxdı; əgər belə etməsəydi, bu, çox qəribə görünə bilərdi.   

Yaxşılıq

Keçmiş zamanlarda qədim bir şəһərdə yoxsul bir çəkməçi yaşayırdı. Günlərlə yol kənarında, qollu-budaqlı bir ağacın altında oturub kasıblara başmaq yamarmış.

Mark Tven . Tom Soyyerin Macəraları. X fəsil

Hər iki uşaq qorxudan nəfəsləri kəsilə-kəsilə var gücləri ilə şəhərə tərəf qaçırdı. Arabir, onları qovurmuşlar kimi, qorxa-qorxa dönüb dala baxırdılar. Qaranlıqda qarşılarına çıxan hər bir kötüyü adama, düşmənə oxşadaraq, qorxularından ölürdülər; onlar şəhərin lap yaxınlığındakı tənha evlərin yanından keçdikdə itlər ayılıb hürüşməyə başladılar, bunu eşidən uşaqlar sanki qanad açdılar. 

Mark Tven . Tom Soyyerin Macəraları. IX fəsil

Bu gecə Tom ilə Sidi həmişə olduğu kimi saat onun yarısında yatmağa göndərdilər. Onlar gecə duası etdilər, Sid tezliklə yuxuya getdi. Tom isə gözləri açıq yerinin içində uzanaraq, böyük səbirsizliklə işarə gözləyərdi. Artıq ona elə gəlirdi ki, hava yavaş-yavaş qaralmağa başlayır, lakin elə bu zaman saatın on dəfə vurduğunu eşitdi. Bədbəxtliyə bir bax, Tom Sidi oyatmaqdan qorxaraq, yerinin içində ürəyi istədiyi kimi qurdalana da bilmirdi. O, sakitcə uzanıb gözlərini qaranlığa zilləmişdi. Ətrafı cansıxıcı bir sükut bürümüşdü. Yavaş-yavaş bu qaranlıq içərisində çox əhəmiyyətsiz və güclə seçilə bilən səslər eşidilməyə başlandı. Saatın çıqqıltısı eşidildi, köhnə tirlər sirli-sirli səslənməyə başladı.  

Əyyub Türkay. Yanlış peşə

Atam ayaqqabı ustası idi. Onun ayaqqabı təmiri zamanı istifadə etdiyi bıçağı tez- tez götürüb ağacların qabığını cızıb oraya yazılar yazırdım. Bəzən öz adımı, bəzən də dostlarımın adını və ya yaxınlarımın adını yazırdım. Bunu etməklə elə başa düşürdüm ki, görənlər çox razı qalıb mənə təşəkkür edəcəklər. Çünki onların adları ağaclar var olduqca daim budaqlarda görünəcəkdi.

Mark Tven . Tom Soyyerin Macəraları. VIII fəsil

Tom əvvəlcə döngədən-döngəyə buruldu ki, məktəblilərin adətən gedib-gəldikləri yoldan kənara çıxsın, sonra isə məyus-məyus baş alıb getdi. Balaca çayı müxtəlif yerdə iki-üç dəfə o tərəf-bu tərəfə keçdi, çünki uşaqların arasında belə bir söz yayılmışdı ki, guya çayı bu qayda ilə keçən adamın izini tapmaq olmaz. Yarım saatdan sonra o artıq Kardif dağının təpəsində yaşayan dul qadın Duqlasın evinin yanından buruldu. Oradan dərənin dibindəki məktəb binası güclə görsənirdi. Tom yolla deyil, dümdüz gedərək, qalın meşəyə girdi, ağacların ən sıx yerinə soxularaq, qollu-budaqlı palıd ağacının altındakı yosunluqda oturdu.