Son əlavə olunanlar

Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. XXXVI fəsil

Həmin gecə hamı yatıb yuxuya gedən kimi, biz ildırım ötürən vasitəsile həyətə düşüb daxmaya girdik, qapını bağlayıb ağac çürütülərini yerə tökərək işə başladıq. Aşağı tir boyu özümüz üçün beş, ya altı fut uzunluqda bir yer təmizlədik. Tom dedi ki, bura elə lap Cimin çarpayısının yanıdır, lağımı da elə onun altından atacağıq, işimizi qurtarandan sonra burada deşik olduğunu heç kim bilməyəcəkdir, çünki Cimin yorğanı az qala yerə kimi sallanır, yalnız onu qaldırıb çarpayının altına baxsan, onda deşiyi görə biləcəksən. Biz az qala gecə yarısınadək bıçaqla yeri qazıdıq, axırı lap it kimi yorulub əldən düşdük, əllərimiz qabar-qabar oldu, işimizin isə nəticəsi görünmürdü. Axırda mən Toma dedim: - Tom Soyyer, bilirsənmi nə var, bu, otuz yeddi illik deyil, bəlkə, lap otuz səkkiz illik işdir.

Mark Tven. Heklberri Finnin macəraları. XXXV fəsil

Səhər yeməyinə, gərək ki, bir saata kimi qalmış durub meşəyə getdik. Tom dedi ki, qazıntı işlərini işıqda görmək lazımdır, fənərin işığı isə çox parlaqdır, ele keçirə bilərik; yaxşısı budur, işıq saçan ağac çüruntüləri yığaq; onları qaranlıq bir yerə qoyanda yavaşyavaş işıq saçırlar.

Nurlana İşıq. İynəcənin nəğməsi

Günlərin bir günü zər qanadlı bir İynəcə gur axan çayın kənarındakı moruq koluna qonur. İrili- xırdalı daşları sığallaya-sığallaya axan çayın həzin şırıltısı onun çox xoşuna gəlir. O, hər gün bu çaya mahnı oxuyur. Çay şırıltısı ilə onun səsi birləşib gözəl bir nəğməyə çevrilir.  

Cəvahir Tanrıverdi. Fortepiano

Gözəl bir musiqi tədbirə gələnləri valeh etmişdi. Hər kəs fortepianoda səslənən mahnının təsirində idi. 

Azər nənəsini necə xilas etdi?

Bu yaxınlarda baş vermiş bir hadisə sinif yoldaşımız Azəri bütün məktəbdə tanıtdı. Hamı ona qəhrəman kimi baxırdı.

Cəvahir Tanrıverdi. Aytacın arzusu

Hələ təzəcə dörd yaşı tamam olmuşdu Aytacın. Onu hər zaman kəpənəklərin gözəlliyi valeh edirdi. O, kəpənəkləri dünyanın ən gözəl canlısı hesab edirdi. Hətta kəpənəklərin gözəlliyinə o qədər valeh olurdu ki, - “Aytac, sən böyüyəndə kim olmaq istəyirsən?”,- sualına da – “kəpənək olmaq istəyirəm”, - cavabını verirdi. O, qardaşının köməyi ilə bağda, bağçada çiçəklərin üzərinə qonmuş kəpənəklərdən ən azı birini tutub evə gətirər və onu, anasının narazılığına baxmayaraq, bir ağzı bağlı qabda saxlayardı. Lakin səhər açılanda onu ya halsız, ya da ölmüş halda görərdi. Aytac bu hala nə qədər məyus olsa da, vərdişindən əl çəkmirdi.