Mark Tven . Tom Soyyerin Macəraları. XVII fəsil
Lakin həmin sakit şənbə axşamı kiçicik şəhərdə heç kəsin əhvalı şən deyildi. Polli xalanın ailəsi və bütün Qarperlər qara geyinib ağır dərddən acı göz yaşları axıdırdılar. Şəhərdə qeyri-adi bir sakitlik vardı. Ancaq düzünə qalsa, bu şəhər elə həmişə sakit olardı. Şəhər əhlindən hərə bir növ fikri dağınıq halda öz işi ilə məşğul idi; bir-birlərilə, demək olar ki, danışmırdılar, elə hey ah çəkirdilər. Uşaqlar üçün şənbə günü istirahəti ağır bir yük olmuşdu. Onlar qətiyyən oynamaq və şənlənmək istəmirdilər, yavaş-yavaş bütün oyunlardan, demək olar ki, əl çəkdilər. Günün axırında Bekki Tetçer darıxdığından nə edəcəyini bilməyərək gəlib boşalmış məktəb həyətinə çıxmışdı. O öz-özünə danışırdı: