Son əlavə olunanlar

Nağıllar, hekayələr

Mark Tven. Heklberri Finnin macəraları. VIII fəsil

Yuxudan ayıldığım vaxt günəş yüksəyə qalxmışdı, yəqin, saat səkkizdən çox olardı. Mən onun üstündə, kölgədə uzanıb müxtəlif şeylər haqqında düşünürdüm. Özümü çox yaxşı hiss edirdim, çünki yaxşıca dincəlmişdim. Günəş yarpaqların arasından görünürdü, ancaq, ümumiyyətlə burada çox uca ağaclar bitmişdi və bu ağacların altı olduqca qaranlıq idi. Günəş işığının yarpaqların arasından süzülüb keçdiyi yerlərdə torpağın üstündə çilə bənzər ləkələr vardı və bu ləkələr yüngülcə hərəkət edirdi, deməli, yuxarıda zəif külək əsirdi. İki sincab kiçik bir budağın üstündə oturub mənə baxaraq dayanmaq bilmədən ciyilləşirdilər. 

Mark Tven. Heklberri Finnin macəraları. VII fəsil

- Ayağa qalx! Bu nədir düzəltmisən?  Mən gözlərimi açıb ətrafa baxdim, çalışdim ki, biləm hardayam. Günəş artıq çıxmışdı, deməli, mən çox yatmışdım. Atam başım üstündə durmuşdu; çox qaşqabaqlı idi, üzü şişmişdi. O dedi:  - Bu nə oyundur tüfənglə çıxardırsan? 

Mark Tven. Heklberri Finnin macəraları. VI fəsil

Hə, bundan azca sonra sağalıb özünə gələrək məhkəmə hakimi Tetçerdən məhkəməyə şikayət elədi ki, o mənim pullarımı ona versin, sonra da mənim yaxamdan yapışdı, çünki mən məktəbi atmamışdım.

Xanım Mehdixanlı. Kitabların söhbəti

Artıq neçə vaxt idi ki, üçmərtəbəli evin ikinci mərtəbəsində yerləşən iş otağında təşvişli anlar yaşanırdı. Kitab dolabında yerləşən kitablar son dövrdəki vəziyyətlə əlaqədar iclas təşkil etməyi qərara almışdılar.İclasa kitabların ən savadlısı Ensiklopediya rəhbərlik edirdi. Əlbəttə ki, məclisə ağsaqqalıq etmək onun öhdəsinə düşməliydi. Axı zarafat deyildi buradakı kitablardan ən savadlısı və qocamanı idi.

Xanım Mehdixanlı. Xəbərçi sərçə

Biri var idi, biri yox idi. Bütün nağıllar belə başlar. Niyə yox idi? Bax bunu bilmirəm. Gəl, biz olanlardan danışaq. Uca dağın yamacında olduqca gözəl, barlı-bəhrəli bir meşə vardı. Quşların cəh-cəhindən səhərlər meşədə qulaq tutulurdu. Burada olan meyvə ağaclarının yazda, yayda bar-bəhrələri o qədər bol olurdu ki, təkcə meşənin daimi sakinləri deyil, hətta yaxınlıqdakı kəndin əhalisinə də çatırdı. Dünyada ucsuz-bucaqsız çoxlu meşələr olsa da, lakin bizim söhbət açacağımız meşə digərlərindən çox fərqlənir. Dostlar bilirsiniz fərq nədədir?

Mark Tven. Heklberri Finnin macəraları. V fəsil

Mən qapını ardımca örtdüm. Sonra dönüb baxdım, o - atam burada idi. Mən həmişə ondan qorxurdum, o məni yaman bərk döyürdü. Mənə elə gəldi ki, indi də qorxdum, sonra isə gördüm ki, səhv etmişəm, daha doğrusu əvvəlcə, əlbəttə, əməlli-başlı sarsılmışdım, onun gözlənilməz gəlişindən hətta nəfəsim belə təng olmuşdu, ancaq mən birdən-birə özümü ələ aldım və gördüm ki, qətiyyən qorxmuram, hətta bu haqda heç danışmaq da lazım deyil.