Şeirlər

Mina Rəşid. Novruz Bayramı

Bayramların içində,
Biri var o ayrıdır.
Biz onu çox sevirik,
O Novruz bayramıdır.


Qırmızı yumurtalar,
Döyüşə hazır olar.
Tonqalların üstündən,
Ən qoçaqlar atlanar.

 


Süfrənin üzərində ,
Səmənidir ən uca.
Şəkərbura, paxlava, 
Şirni, noğul bolluca.


Qızlar qapı yanında,
Qulaqlarını tutar.
Qonşular başlarını ,
Şirin söhbətə qatar. 


...Nənəm Qarabağdakı,ğ
Novruzundan danışar.
Susar bütün uşaqlar...
Qəlbimizdə bir həsrət
Tonqal kimi alışar...