Son əlavə olunanlar

Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. VII fəsil

Tom nə qədər diqqətini cəlb etmək istəyirdisə, o qədər də fikri dağilır və parçalanırdı. Nəhayət, o, köksünü ötürdü, əsnədi və oxumaqdan əl çəkdi. Ona elə gəlirdi ki, böyük tənəffüs heç bir zaman gəlib çatmayacaq. Hava tamamilə hərəkətsizdi, heç meh də əsmirdi. Bu, cansıxıcı günlərin ən cansıxıcısı idi. Sələ dərsi əzbərləməkdə olan lyirmi beş şagirdin yuxugətirici mızıltısı arı vızıltısı kimi adama elə bil layla çalırdı. Pəncərədən bayırda, isti günəşin şəfəqində, bürkü dumanı arasından göyümsov görünən havada Kardif dağının qıvrım yamaclarının yaşılıqları gözə çarpırdı; iki-üç quş qanadlarını gərərək, göyün üzuüdə lap yuxarılarda tənbəl-tənbəl uçurdu; küçədə heç kəs görünmürdü, yalnız bir neçə inək gözə çarpırdı ki, onlar da mürgüləyirdilər.   

Əyyub Türkay. Ağıllı Dovşan və yalançı Qoca

Keçmiş zamanlarda meşə ətrafında bir qoca kişi öz qarısı ilə yaşayırdı. Onlar çox yaşlı olmalarına baxmayaraq çətinliklə də olsa gündəlik yeməklərini təmin etmək üçün bağlarında tərəvəz becərib satırdılar. Qoca çox vaxt meşə ərazisində quş ovlamaq üçün tələ qurardı.

Mark Tven . Tom Soyyerin Macəraları. VI fəsil

Bazar ertəsi səhər Tom yuxudan oyandıqda özünü tamamilə bədbəxt hiss edirdi. Bazar ertəsi səhərlər həmişə belə olurdu, çünki bu gündən məktəbdə yeni əzab və əziyyətlər həftəsi başlanırdı. Hətta bazar ertələri o fikirləşirdi ki, arada heç istirahət günü olmasa yaxşıydı, onda bu həbsxana və buxovlar adamda belə nifrət oyatmazdı. 

Mark Tven . Tom Soyyerin Macəraları. V fəsil

Saat on birin yarısına yaxın balaca kilsənin çatlamış zəngi səsləndi və bir az keçmədən camaat səhər ibadətinə yığışmağa başladı. Bazargünü məktəbinin bütün şagirdləri kilsənin hər tərəfinə yayıldılar və öz ata-anaları eyləşən skamyalarda oturdular ki, həmişə onların gözü qabağında olsunlar. Polli xala da gəlib çıxdı. Sidlə Meri də onunla yanaşı oturdular. Tom isə açıq pəncərədən və cəzbedici yay mənzərələrindən mümkün qədər uzaqda çıxış yoluna yaxın bir yolda oturdular.  

Mark Tven . Tom Soyyerin Macəraları. IV fəsil

Günəş yer üzərində yüksələrək dinc şəhərə işıq saçır, sanki ona xeyir-dua verirdi. Səhər yeməyindən sonra Polli xala bütün ailəni ibadətə topladı; bu ibadət möhkəm bünövrə üzərində qurulmuş Tövrat dualarından başlanır, sonra isə xüsusi əlavələrdən ibarət duru sementlə bərkidilirdi.

Mark Tven . Tom Soyyerin Macəraları. III fəsil

Tom eyni zamanda həm yataq otağı, həm qonaq otağı, həm yemək otağı, həm də kitabxananı əvəz edən çox səliqəli bir otağın pəncərəsi qabağında oturmuş Polli xalanın yanına gəldi. Mülayim yay havası, sakitlik, çiçəklərin gözəl qoxusu və adama layla çalan anların vızıltısı ona öz təsirini göstərmişdi, xala əlində hörmə olduğu halda mürgüləyirdi, çünki evdə pişikdən başqa danışmağa bir kəs yox idi, o da ki, xalanın dizi üstündə şirin yuxuya getmişdi. Eynəyini ehtiyat üçün alnından yuxarıya qaldırmışdı. O, elə güman edirdi ki, Tom çoxdan qaçmışdır, ona görə də indi Tom heç bir şeydən çəkinmədən onun yanına gəldikdə xala təəccübləndi.