Son əlavə olunanlar

Nağıllar, hekayələr

Zahid Xəlil. Dayə qarışqalar

Qarışqalar о zaman ana hеsab оlunur ki, yumurta vеrir. Yumurta vеrməklə də оnun vəzifəsi qurtarır. Bu yumurtaların hərəsini bir dayə götürüb aparır və оnun içindən təzə qarışqa çıхanacan yumurtaya qulluq еdir. Dayə yumurtanı əvvəlcə еvin yuхarı mərtəbəsinə qaldırır. Çünki yuхarı mərtəbə yеr səthinə yaхın оlduğu üçün isti оlur. Еlə ki çöldə havalar sоyudu, dayə də yumurtanı mərtəbə-mərtəbə aşağı еndirir. Lap sоyuq оlanda isə yumurtaları еvin birinci mərtəbəsinə еndirir ki, dоnmasınlar.

Gülnar xanım

Qəndahar padşahının Məlik Məmməd adında bir oğlu var idi. Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif Kənan onun əlinə su tökə bilməzdi. Özü də Qəndahar padşahının aman-zaman bir dənə oğlu idi. Məlik Məmmədi hamıdan çox istəyən qoca bir lələsi vardı.  

Keçəl

Biri var idi, biri yox idi, bir qarı var idi. Bu qarının gözünün ağıqarası bir keçəl oğlu var idi. Qarının keçəl oğlu camaatın buzovunu otarardı.  

Banunun balaca dostları

Banunun pişiyinin üç balası doğulmuşdu. Elə şirin idilər ki...Bapbalaca ətcə...Banu sevindiyindən ora bura qaçır sevincini hamı ilə bölüşür,yenə təzədən qaçıb pişiklərə baxırdı. Bala pişiklər bütün gün süd əmir doyan kimi elə analarının qucağındaca yatırdılar.Banu bəzən saatlarla onlara tamaşa edir və bundan zövq alırdı.  

Kəpənək

Leyla bağdakı kəpənəklərə baxırdı. Kəpənəklər gül çiçəyə qonur, bağdakı gözəlliyə öz rəngli qanadları ilə rəng qatırdı. Leyla  bağdakı gözəlliyə baxmaqdan doymurdu. Kəpənəklər  sanki qanadlı çiçəklər idi.  

Ovçu Pirimin nağılı

Badi-badi giriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər köhnə hamam içində. Hamamçının tası yox, baltaçının baltası, burdan bir tazı keçdi, onun da xaltası yox. Qarışqa şıllaq atdı, dəvənin budu batdı. Milçək mindik Kür keçdik, yabaynan dovğa içdik.