Son əlavə olunanlar

Nağıllar, hekayələr

Təbiət və uşaq

Biri var idi, bir yox idi. Qonşu kəndlərin birində bağçada oyun oynamağı çox sevən Kamran adlı bir uşaq yaşayırdı. Kamran hər gün rəngarəng kəpənəklər, qızılgüllər və çiçəklər arasında qaçırdı. Təbiətlə ilk dəfə tanış olan Kamran hər dəfə sıçrayan bir qurbağa və ya otlayan bir inək gördükdə sevinərək: "Hər şey nə qədər gözəl və əyləncəlidir” -,deyə düşünürdü.  

Zahid Xəlil. Ev əşyalarının yeri dəyişir

Kəmalənin еvə gəlişi ilə bütün işlər baş ayaq oldu. Əvvəlcə ev əşyalarına bir əl gəzdirildı. Aydındır ki, Kəmalənin çarpayısından başlandı. Çarpayı tərsinə qoyuldu. Ana əvvəlcədən bilirdi ki, əgər Kəmalənin çarpayısının yeri dəyişməsə qızının qırıq patefon ciyiltisinə oxşayan cır səsi aləmi başına götürəcəkdi. Çarpayı tərsinə qoyulandan sonra gərək döşək də tərsinə salınaydı. Ancaq ana nə qədər əlləşdisə bunu edə bilmədi. Çünki döşəyi hansı üzünə saldısa elə düz göründü. Qızın isə səsi kəsmirdi ki, kəsmirdi. Yaxşı ki, ata işə qarışdı. Onlar yorğanı uşağın altına döşəyi isə üstünə saldılar. Bu başqa məsələ. Kəmalə belə bir yatacaqda keyfi istəyən qədər qığıldana bilərdi.

Zahid Xəlil. Qaplan və araba kölgəsi

Yay günəşi göydən od ələyirdi. Bir ulaq arabanı çəkib apara bilmirdi və buna görə də yolun qırağında dayanmışdı ki, dincini alsın. Bu zaman hardansa Qaplan gəlib çıxdı və arabanın kölgəsində dincəlməyə başladı. Kölgə sərin və ləzzətli idi. Bayaqdan istidən dili çıxan itin keyfi kökəlmişdi. Quyruğunu şeşəliyib gərnəşdi. Birdən gözünə uzunqulaq dəydi. İt fikirləşdiki, bu uzunqulaq deyəsən özünü yaman dartır. Əslində isə o, qanmaz və avaradır.  

Yatmağı sevməyən ayı balası

Meşədə dörd ayı yaşayırdı. Onlardan biri ana, biri ata, digərləri şip-şirin balalar idi. Onlar çox sözəbaxan, ağıllı idilər. Anaları nə desə həmin an yerinə yetirər, bundan zövq alardılar.  

Nahidə Əhmədova. Gülümsəyən dovşanlar

Mədinə rəngli karandaşlarını çantasından çıxarıb yazı masasının üstünə qoydu. Sonra rəsm dəftərini açıb dovşan şəkili çəkməyə başladı. Az sonra şəkili çəkib qurtardı, amma şəkil xoşuna gəlmədi. Çünki şəkildəki dovşan çox qəmli görünürdü. Bu, Mədinənin xoşuna gəlmədi. O, vərəqi çevirib yenidən dovşan şəkili çəkməyə başladı. Bu dəfə yaşıl karandaşdan istifadə elədi, ancaq yenə də çəkdiyi dovşan qəmli-qüssəli görünürdü.  

Əli və yaşlı ağac

Biri var idi, biri yox idi. Meşələrin birində müxtəlif növdə, yamyaşıl ağaclar var idi. Bu ağaclar o qədər gözəl idi ki, görənləri heyran edirdi. Ağacların bəziləri böyük, bəziləri isə kiçik idi. Bəziləri yaşlı, bəziləri cavan idi. Ancaq içlərində bir ağac var idi ki, meşənin ən yaşlı və ən gözəl ağacı idi. O qədər güclü kökləri, o qədər böyük budaqları var idi ki, çox əzəmətli görünürdü. Bir müddət sonra meşədə hava dəyişməyə və güclü küləklər əsməyə başladı. Elə güclü küləklər əsirmiş ki, həmin qoca ağac belə bu cür küləklə  əvvəllər heç rastlaşmamışdı. Güclü külək günlərlə davam etdi.