Son əlavə olunanlar

Nağıllar, hekayələr

Mirzə İbrahimov. “Bağban Rövşən”

Zəng çalınıb fasilə olan kimi uşaqlar məktəbin həyətinə tökülüşdülər. Artıq özünü hiss etdirən cənub günəşinin yandırıcı şüaları yalnız günün ikinci yarısında bura düşürdü. Odur ki uşaqlar fasilələri də siniflərdə və ya uzunsov dar dəhlizdə keçirirdilər.  

H. Xristian Andersen. Kralın təzə libası

Çox illər bundan qabaq dünyada bir kral yaşayırdı; о geyinib-bəzənməyi elə xoşlardı ki, bütün sərvətini geyiminə xərclərdi və böyük qonaqlıqlar, tamaşalar, şəhərkənarı gəzintilər ancaq təzə libasını camaata göstərınək üçün ona xoş gələrdi.

A. S. Puşkin. Keşiş və onun işçisi Baldanın nağılı

Bir gicbəsər keşiş varmış, Düşüncəsi yaman darmış. Cürbəcür mal almaq üçün O, bazara gəlib bir gün.

S.S. Axundov. Əhməd və Məleykə

Qışın orta ayı idi. Soyuqdan qaçıb evlərdə gizlənmişdi. Hacı Səmədin külfəti isti otaqda süfrənin başına cəm olub, yemək üçün onu gözləyirdi. O isə o biri otaqda öz işinə məşğul idi. Hacı Səməd əlli yaşında, safürəkli, rəhmdil bir kişi idi.

A.S. Puşkin. Çar Saltanın nağılı

Pəncərə qabağında Gecənin bir çağında, Üç qız ip əyirirkən Biri söylədi ki, mən

Vilhelm Hauf. Yalançı şahzadə

Bir zamanlar yer üzündə Ləbəkan adında fağır bir dərzi şagirdi yaşardı, dərzilik sənətini də İsgəndəriyyə şəhərində mahir bir ustadan öyrənmişdi. Heç kəs deyə bilməzdi ki, Ləbəkan əlində iynəni tuta bilmir, əksinə, onun əlindən çox zərif iş çıxırdı.