Son əlavə olunanlar

Nağıllar, hekayələr

Şarl Perro. Qırmızı papaq

Biri var idi, biri yox idi, bir kənddə balaca bir qız var idi. Bu qız elə qəşəng idi ki, daha dünyada ondan yaxşısı yox idi. Anası onu həddən artıq sevir, nənəsi isə anasından da artıq istəyirdi.

İsmayıl Şıxlı. Namərd gülləsi

Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi.

Hans Xristian Andersen. Vəhşi qu quşları

Uzaq bir ölkədə, bizim qaranquşların qışlamağa uçub getdiyi uzaq diyarda bir kral yaşayırdı. On bir oğlu, Eliza adında da bircə qızı vardı. On bir şahzadə oğlanları, yaxalarında ulduz, kəmərlərində xəncər, məktəbə gedərdilər. Qızıl taxta üstündə almazın ucu ilə yazı yazar, kitabı əzbərdən oxuyardılar. О dəqiqə bilərdin ki, əsl şahzadədirlər. Bacıları Eliza isə şüşə skamyada oturar, çox bahalı şəkilli kitaba baxardı.

Ernest Heminquey. “Qoca və dəniz”

O, ikiavarlı balaca qayıqda Qolfstrimdə təkbaşına balıq tuturdu. 

A. S. Puşkin. Ölmüş şahzadə və yeddi pəhləvan nağılı

Çariçayla görüşdü, Çar qalxıb yola düşdü.

“Mərd və namərdin nağılı” (Azərbaycan xalq nağılı)

Biri var idi, biri yox idi, Allahdan başqa heç kim yoxdu. İki yoldaş vardı. Birinin adı Mərd, o birinin adı Namərd. Günlərin bir günündə Mərdlə Namərd çıxdılar səfərə. Mərd hara çatırdı süfrəsini açırdı. Namərdə deyirdi: