Son əlavə olunanlar

Nağıllar, hekayələr

Yoxsul qocaynan vəzir

Biri var idi, biri yox idi, bir qoca kişi var idi. Bu qoca kişinin bircə sözü var idi, hər kəsi görsə ona deyərdi: “Yaxşılara yaxşılıq eylə, pislərə öz pislikləri kifayətdi”.

Ədalətli seçim

Qədim zamanlarda ədalətli bir padşah var idi. Artıq qocalmışdı, ancaq öz yerinə qoymağa bir övladı yox idi. 

Sabirin ilk uşaq şeiri

1906-cı il idi. Hava qaralmağa başlayırdı, iş günü başa çatırdı. “Dəbistan” jurnalının redaktoru böyük otaqda tək oturub növbəti nömrəni hazırlayırdı. İki nəfər otağa daxil oldu. 

Sehrli üzük

Biri varıymış, biri yoxuymuş, Allah varıymış, şəriki yoxuymuş, bir qarının bir keçəl nəvəsi varıymış. Bunlar çox kasıblıxnan dolanırlarmış. Qarı hər gün bir kələf ip əyirib verirmiş nəvəsinə ki, aparıb bazarda satıb soğannan çörək alsın. Yenə bir gün qarı bir kələf ip əyirib verdi keçələ ki, satıb çörək alsın. Keçəl kələfi götürüb gəldi bazara. Gördü yolun ortasında bir hay-küy var ki, gəl görəsən, adamlar bir-birinə qarışıb, hərənin əlində bir yekə dəyənək bir iti döyürlər. Yazıx it gah ora qaçır, gah bura, heç kim ona qahmar çıxmır. Elə qalıb zingildəyə-zingildəyə.  

Xoruzla qızılquş

Qızılquş Xoruzu tənələri ilə lap dilxor etmişdi. O deyirdi: 

Qızılquş əfsanəsi

Padşah səyahətə çıxır. Səyahətdə onun diqqətini ən çox cəlb edən Qızılquş olur. Öz-özünə deyir: «Bütün heyvanlar içərisində Qızılquşdan gözəl ömür sürən başqa bir heyvan yoxdur».