Son əlavə olunanlar

Təbiət

Böyük göyərçinlər hər yerdə var, bəs balaları nə üçün görünmür?

Dünyanın hər bir yaşayış məntəqəsində biz geniş yayılmış şəhər quşları olan göyərçinləri görə bilirik.  Ağ, göy bəzən boz və ya qəhvəyi, göyərçinlər başlarını bulayaraq səkidə gəzişirlər, bəzən binaların divarlarında və fasadlarda oturub, şirin-şirin “söhbət” edirlər.     

Balığın ürəyi varmı?

Bizə əsla bənzəməyən məxluqlarda insanınkına çox oxşayan və təqribən eyni cür işləyən orqanların olmasını bəzən təsəvvürə gətirmək çox çətindir.  Çoxları düşünür ki, balıq suda yaşayırsa və qanı soyuqdursa, deməli, onun daxili orqanları və ya hər hansı hissi yoxdur.     

Quşların miqrasiyası

Bir çox yırtıcı quşlar bütün il boyu yerdə yaşamır. Bəziləri sərt qışdan qorunmaq üçün miqrasiya edir, başqaları isə fəsillərin dəyişməsi ilə əlaqədar bir ov  yerindən digərinə köç edir.

Zirehlilər və ya armadillər

Kəmdişlilərdən ən qeyri-adiləri, çox güman ki, zireh, ya da sümük lövhədən və zolaqdan ibarət zireh “geyinmiş” heyvanlardır. Bu gün rast gəlinən zirehlilərin ölçüsü böyük deyil. 

Nə üçün tutuquşular danışır?

Bir çoxumuz ev heyvanı -  it, pişik, dağsiçanı, tutuquşu, hətta bəzi ekzotik heyvanlar saxlayırıq, çünki bu sevimli varlıqlar həyatımızı rövnəqləndirir və əyləncəli edir. Onların arasında tutuquşuların yeri ayrıdır. Bu quşlar gözəl və cazibədar olmaqla bərabər, həm də danışa bilir. Bu müəmmadan isə çoxları baş çıxara bilmir. Bəs nə üçün tutuquşular danışır? 

Çobanyastığı – günəş çiçəyidir

Çobanyastığı gözoxşayan, cazibədar bitkidir. Onu adətən “utancaq”, “çöl çiçəyi” kimi epitetlərlə müşayiət edirlər. Lakin çələng hörəndə, buket bağlayanda onsuz ötüşmək çəkindir. Bu bitkinin çiçəyinin forması çətirə oxşayır. Əfsanəyə görə çobanyastığı qədim zamanlarda çöl cırtdanlarının çətiri olub.