Son əlavə olunanlar

Təbiət

Qunduz su bəndini necə tikir

Canlı aləmdə qunduzlar tikinti ilə məşğul olan yeganə heyvanlar deyil. Lakin onlar bunu elə məharətlə edir ki, bizə yalnız həsəd aparmaq qalır. Mükəmməl arı pətəkləri və quş yuvaları nə öz miqyasına, nə də yüksək mühəndis quruluşuna görə qunduzların tikdiyi su bəndləri ilə müqayisə edilə bilməz.

Amerika bizonu

Şimali Amerikanın ən məşhur heyvanlarından biri olan Amerika bizonu məməlilər sinfinin ən iri nümayəndələrindəndir. Belə hesab edilir ki, onun əcdadları bu qitəyə Mərkəzi Asiyadan sonuncu Buz dövrü zamanı donmuş Berinq boğazını keçərək gəliblər. Bədəninin uzunluğu bəzən dörd metrə, hündürlüyü iki metrə çatan bizonun çəkisi erkəklərdə bir tona yaxın olur.   

Çəhrayı gölün sirri

Yer kürəsi sirr və sürprizlərlə zəngindir. Bizim planetdə açıq çəhrayı rəngə çalan göllərin olduğunu bilirsinizmi? Belə qəribə göllərin biri Qərbi Afrika ölkəsi olan Seneqalda yerləşir. Bu qəribə möcüzəni hər yerdə görə bilməzsən. Adama elə gəlir ki, kimsə gölün dibinə səliqə ilə zərif pion ləçəkləri döşəyib. Gölün suyu o qədər duzludur ki, burada yalnız bu rəngi yaradan mikroorqanizmlərin bir növü yaşaya bilir.  

Alman qoyun iti (ovçarka)

Alman qoyun iti dünyada ən çox yayılmış it cinsidir. Qədimdən insanlara sədaqətlə xidmət edib və polis xidmətində dayanan itlərin siyahısında ilk sırada yer alıb. Hamı bilir ki bu itlər ağıllı, güclü və təmkinli olur, təlimi tez götürürlər. Alman qoyun iti çox aktiv və çevik itdir. Onlar uşaqlara və başqa heyvanlara qarşı çox mehribandırlar.

Alp dağları Avropanın köksündə ucalan dağ sistemidir

Qərbi Avropanın ən hündür dağ sistemi olan  Alp dağları Fransa, Monako, İtaliya, Avstriya, Almaniya, İsveçrə, Lixtenşteyn və Sloveniyanın ərazilərini əhatə edir. Başlanğıcını  Aralıq dənizi sahillərindən götürən dağ silsiləsi Dunay düzənliyində başa çatır. Alp dağları Avropanın ən tanınmış sıra dağlarıdır.   

Sekvoyya Milli Parkı

Hündürlüyü yüz metrə çatan nəhəng sekvoyya ağacları haqqında hamımız eşitmişik. Bu ağaclardan ibarət bütöv bir park ABŞ-ın Kaliforniya ştatının  Syerra-Nevada dağ sistemində yerləşir. Planetimizin ən böyük sekvoyyaları uzun illərdir bu nəhəng meşədə bitir.