Son əlavə olunanlar

Təbiət

Komodo əjdahaları

Komodo əjdahası adlandırılan varan dünyanın ən iri kərtənkələsidir. Onlar İndoneziyanın Komodo adasında və yaxınlıqdakı Djili Motanq və Rinka Flores adalarında yaşayır. Bu kərtənkələnin uzunluğu 2,5-3 metr, çəkisi 70 kiloqrama yaxın olur. 

Kloun balığı

Öz adını ala-bəzək və şən xasiyyətinə görə alan Kloun balığı Sakit okean və Hind okeanında yaşayır. Bu balığın 26 növü məlumdur. Onlar aktinilər və ya fantastik rəngləri xatırladan mərcan polipləri - dəniz anemonlarının zəhərli bığcıqları arasında yaşayır.  

Uçan siçanlar - yarasalar

İnsanların uydurduqları bir çox “qorxunc varlıqlar” içində vampirlərin xüsusi yeri var. Guya onlar gecələr peyda olur və insan qanı ilə qidalanır. Vampirlər bir çox xüsusiyyətlərinə görə yarasalara çox bənzəyir - hər ikisi gecə varlıqlarıdır və bu səbəbdən insanlar arasında vahimə yaradırlar.  

Baykal - dünyanın ən dərin gölü

Baykal Yer kürəsinin ən dərin gölüdür. Onun dərinliyi 1642 metrə çatır. Şərqi Sibirin cənubunda yerləşən tektonik mənşəli bu göl, eyni zamanda, böyük təbii şirin su hövzəsidir. Onun, təxminən 25 milyon il bundan əvvəl yarandığı ehtimal olunur.  

Dərili tısbağanın rekordu

Dənizdə yaşayan dərili tısbağa Qırmızı kitaba daxil edilib. Ona, Şimal Buzlu Okeanından başqa bütün okeanlarda rast gəlmək olar. Dərili tısbağa həm də ən iri tısbağadır. Uzunluğu bəzən iki metri keçir! Bu tısbağanın məlum olan ən iri nümayəndəsi 916 kiloqram ağırlığındadır.    

Avstraliyanın bənzərsiz faunası

Avstraliya beşinci qitə adını alan Okeaniyanın ən böyük adasıdır. Bənzərsiz və nadir faunaya malik Avstraliya xüsusən kisəlilər və rəngbərəng quşlarla zəngindir. Sizə onların bəziləri haqqında məlumat vermək istəyirik.