Son əlavə olunanlar

Təbiət

Sığın

Sığın cütdırnaqlı məməli, marallar sinfinin ən iri nümayəndəsidir. Erkəklərin bədəninin uzunluğu 3 metrə çatır. Erkək sığının dişidən fərqli olaraq buynuzu var. Avrasiyanın meşə və meşə-çöl zonalarında geniş yayılıb. Sərt şaxtalı və qarlı qış şəraitinə uyğunlaşan sığının bədəni cod yun ilə örtülüdür. Boynunun yuxarı hissəsindəki uzun tüklər yal əmələ gətirir.    

İynəyarpaqlı bitkilər – tikanlı gözəllər

Planetimizdə təqribən 600 növ iynəyarpaqlı bitkiyə rast gəlmək mümkündür. Onların arasında həm cırtdan kollar, həm də nəhəng ağaclar var. Bu gün biz sizə ən qəribə iynəyarpaqlı bitkilərdən və onların rekordlarından, Yer kürəsinin ən hündür, ən böyük  və ən qocaman ağacından danışacağıq.     

Böyük səhra Qobi

Qobi Mərkəzi Asiyanın ən böyük və qeyri-adi səhralarından biridir. Adını monqol  sözü “qov”dan alıb. Monqol dilində “qov” “boş, susuz yer” deməkdir. Bu bölgəni ilk kəşf edənlərə Qobi çox dəhşətli yer təsiri bağışlayıb.  Qobinin ilk tədqiqatçılarından biri rus səyyahı Nikolay Prjevalski olub.

Elbrus

Qafqaz ərazisində Rusiya Federasiyasının Qaraçay-Çərkəz və Qabardin-Balkar respublikaları sərhədində bu ölkənin ən yüksək nöqtəsi – qoşa zirvəli vulkan olan Elbrus ucalır. Elbrusun qoşa zirvəsi qədim vulkanın bünövrəsindəki iki müstəqil vulkandır. Elbrusun ən hündür nöqtəsi - qərb piki 5642 metrə çatır.  

Ağ akula - təhlükəli yırtıcı

Ağ akula Yer kürəsində ən iri yırtıcı balıqlardan biridir. Yaxşısı budur, çimərliklərdə və okeanda onunla qarşılaşmayasan. Axı, bu təhlükəli balığı adamyeyən akula adlandırırlar. Bəs, bu amansız yırtıcını mühafizə etmək insanın nəyinə lazımdır?      

Komodo əjdahaları

Komodo əjdahası adlandırılan varan dünyanın ən iri kərtənkələsidir. Onlar İndoneziyanın Komodo adasında və yaxınlıqdakı Djili Motanq və Rinka Flores adalarında yaşayır. Bu kərtənkələnin uzunluğu 2,5-3 metr, çəkisi 70 kiloqrama yaxın olur.