Son əlavə olunanlar

Təbiət

Cırcırama

Cırcırama qədimdən bəri mövcud olan həşəratlardan biridir, onun qalıqları yur dövrünə aid daş kömür çöküntülərində qalıb. Alimlər hesab edirlər ki, cırcıramalar təxminən 350 milyon il əvvəl yaranıb. Bu gün cırcıramanın 4500-dən çox növü siyahıya alınıb, onların əksəriyyəti subtropik və tropik ərazilərdə yaşayır.   

Admiral

Bu admiralın dənizlə heç bir əlaqəsi yoxdur. Meşə kənarları, çəmənliklər, bağçalar və günəşin bol olduğu çay sahilləri onların sevdiyi məkanlardır. Bəs nəyə görə quruda yaşamağı sevən kəpənəyin adını admiral qoyublar? Əlvan xarici görünüşünə görə, daha doğrusu - geniş qırmızı zolaqlı qara qanadına görə. Arxa qanadların aşağısından, ön qanadların isə ortasından keçən və üzərinə ulduz kimi ağ xalların səpələndiyi qırmızı zolaqlar admiral lampasını xatırladır.

Morj yatağı

Şimal Buzlu Okeanının, həmçinin Atlantik Okeanının və Barens dənizinin ona bitişik sahələrinin dayaz yerləri boyu yayılan morj yataqları yaddaşlardan silinməz təəssürat yaradır. Burada sarımtıl rəngli qalın dəri ilə əhatələnmiş nəhəng gövdəli, ağırlığı 1,5 tona çatan yüzlərlə iri morj bir-birinə sıx söykənərək yatır.   

Planetimizin heyrətamiz ağacları

“Əjdaha qanı” ağacı (Dracaenacinnabari) Sokotra adasında (Yəmən) bitir. Təbiətin bu möcüzəsi xarici görünüşünə görə topa  yaşıl yarpaqları ilə tərsinə çevrilən möhkəm gövdəli çətiri xatırladır. Ağacın hündürlüyü 10 metrdir.  

Sarqas sahilsiz dənizdir

Dünyanın fiziki xəritəsinə baxsaq, görərik ki, Atlantik okeanın Şimali Amerika materiki ətrafında 20 və 40 dərəcə şimal en dairəsində yerləşən Sarqas dənizinin suları parlaq göy rəngli böyük oval əmələ gətirir. Bu dəniz təbiətin əsl möcüzəsidir.

Arı

Arılar uçan həşəratlar ailəsinə aiddir. Dünyada 20 mindən çox  arı növü var. Bal arısının ömrü 40 gün olur. Arılar  çox sədaqətli olurlar. Qış aylarında arılar pətəkdən çölə çıxmırlar.