Son əlavə olunanlar

Təbiət

Qaranquşlar

Deyilənə görə bu quş kimin damının altında yuva qursa həmin evdə səliqə və xoşbəxtlik olar.

Lama dəvənin qohumudur

Təkcə insanların deyil, heyvanların da uzaq qohumu olur. Məsələn, Cənubi Amerikada dəvələrin kiçik qardaşları yaşayır. 

Durna məşhur quşdur

Durna məşhur quşdur. Nağıl və təmsillərdə, mahnı və atalar sözlərində onun adı tez-tez çəkilir. Bu quşu tanımayan adam yoxdur. Durnakimilər dəstəsinin bütün nümayəndələrini onların xarici görünüşü birləşdirir. Uzunsov bədəni, uzun düz ayaqları və uzun dimdiyi olan, eyni zamanda hacıleyləyi xatırladan bu quşların ölçüsü kifayət qədər böyükdür, çəkisi isə 15 kiloqrama çatır. 

Amur pələngi

Amur pələngi (Ussuri, Uzaq Şərq , yaxud Sibir pələngi) ən azsaylı pələng yarımnövlərindən biridir. Amur pələngi pişikkimilər fəsiləsinin ən iri nümayəndəsi olmaqla bərabər, həm də qarlı ərazidə yaşayan yeganə nümayəndəsidir.   

Ağ Kamarq atları harada yaşayır?

Fransanın cənubunda geniş ərazidə yerləşən Kamarq qoruğu atlar üçün bir o qədər də münasib yer deyil. Bu rütubətli bataqlıq yerdə adalar dayaz su hövzələri və biçənəklərlə əvəzlənir. Qışda bu yerlərdə yeyəcək tapmaq çətindir, yayda isə çox istidir, ağcaqanad və milçək “buludunun” əlindən tərpənmək olmur.

Tukan quşu

Tukanı başqa quşlarla səhv salmaq mümkün deyil. Quşlar arasında ən böyük dimdik tukanındır. Bəs tukan harada yaşayır və belə böyük burun onun nəyinə lazımdır?  Tukanın məskəni Cənubi Amerikadır, Meksikadan başlamış Şimali Argentinaya qədər geniş ərzində məskunlaşıb. Libasında göy qurşağının bütün rəngləri olduğu üçün dünyanın ən yaraşıqlı quşu adına namizəd ola bilər. Tukanın səmavi mavi gözləri heç kəsi biganə qoymur.