Durna məşhur quşdur. Nağıl və təmsillərdə, mahnı və atalar sözlərində onun adı tez-tez çəkilir. Bu quşu tanımayan adam yoxdur. Durnakimilər dəstəsinin bütün nümayəndələrini onların xarici görünüşü birləşdirir. Uzunsov bədəni, uzun düz ayaqları və uzun dimdiyi olan, eyni zamanda hacıleyləyi xatırladan bu quşların ölçüsü kifayət qədər böyükdür, çəkisi isə 15 kiloqrama çatır.