Son əlavə olunanlar

Təbiət

Afrikanın ən yüksək zirvəsi - Kilimancaro

Tanzaniyada yerləşən və Afrikanın ən yüksək zirvəsi olan Kilimancaronun hündürlüyü 5 890 metrdir. O, Afrika qitəsinin ən yüksək nöqtəsidir. Adının mənası yerli dildə "parıldayan dağ" deməkdir.     

Dünyanın ən böyük gölü – Xəzər dənizi

Böyüklüyünə və bəzi fiziki-coğrafi xüsusiyyətlərinə görə Xəzər dəniz hesab olunur. Əslində isə o, dünya okeanı ilə bilavasitə əlaqəsi olmayan ən böyük gölüdür. Xəzər dənizi Avropa və Asiyanın sərhədində yerləşir.         

Pişikkimilər zərif yırtıcılardır

Elə bilirsiniz ki, pişiklər ancaq miyoldamağı, yatmağı və siçan tutmağı bacarır? Səhviniz var, pişiklər daha artığına qadirdir! Ev heyvanları olan pişiklər sirk proqramlarında iştirak edir, səyahətə çıxır, qaçışlara qatılır, şən bayramların qəhrəmanına çevrilir. Vəhşi pişiklər isə bataqlıqlarda dolanır, məharətlə quş və balıq ovlayır, bəziləri hətta özünə yuva da tikir!  

Günəş tutulması

Bəzən elə olur ki, günəşli bir gündə hava qaralmağa başlayır və sanki gecə düşür. Bu zaman günəşin yerində, gümüşü rəngə çalan halqa ilə əhatələnmiş qara disk görünür. Bu qeyri-adi və nadir hallarda baş verən hadisə Günəş tutulması adlanır.  

Axan ulduzlar: meteor və meteoritlər

Bəzi insanlar belə hesab edirlər ki, göydə ulduz axarkən ürəklərində arzu tutsalar, o mütləq yerinə yetəcək. “Axan” ulduzların daha çox təsadüf olunduğu avqust ayında gecə vaxtı səmada bu gözəl mənzərəni daha tez-tez seyr etmək olar. Bəs nə üçün hər il çoxlu sayda ulduz yerə düşsə də, göydəki ulduzların sayı azalmır?

Hop-hop quşu

Hop-hop kiçik, ala-bəzək, uzun və nazik dimdiyi olan, kəkili bəzən yelpik kimi açılan quşdur. O, Avropanın və Asiyanın cənub və mərkəzi hissələrində və demək olar ki, Afrikanın hər yerində yayılıb. Bu quşa meşələrdəki talalarda, çəmənliklərdə, düzənlərdə, üzüm bağlarında rast gəlmək olar.