Son əlavə olunanlar

Təbiət

Uran - Günəş sisteminin yeddinci planeti

Günəş sisteminə səyahət zamanı biz sistemdə 7-ci planet olan Uran və onun peykləri ilə qarşılaşırıq. Bu, mavi-yaşımtıl rəngə boyanmış səthə malik, çox gözəl planetdir. Onun orbitində müxtəlif forma və ölçülərə malik 27 peyk dövr edir. Onlardan 5-i kifayət qədər iridir.  

Begemotı niyə su atı adlandırırlar?

Demək olar ki, Afrika qitəsinin hər yerində su hövzələri yaxınlığında begemotlar (hippopatamlar) yaşayır. Hippopatam su mühitinə olduqca bağlıdır. Gün ərzində begemotlar çay və ya göllərin dayaz hissələrində və  ya sahillərində yatır, gecələr isə elə həmin ərazilərdə otlayır və ya yaxınlıqdakı savannalara üz tuturlar.    

Pataqoniya – təzadlar torpağı

Pataqoniya Cənubi Amerikanın ən cənub nöqtəsidir. Burada And dağları və ucsuz bucaqsız düzənliklər, göllər və səhralar yan-yana düzülüb. 1881-ci ilə qədər bu yerlər sahibsiz idi. Koloniyalar salınana qədər ərazidə sonradan avropalıların tamamilə qırılıb məhv etdiyi yerli hindu tayfaları məskunlaşmışdı.   

Avropa ilə Afrikanı ayıran boğaz: Cəbəllütariq

Avropanı Afrikadan ayıran Cəbəllütariq boğazı qlobusda dar mavi xətt kimi işarələnib. Gəmilər bu su dəhlizi vasitəsi ilə Aralıq dənizindən Atlantik okeanına keçirlər. Bunu Qədim gəmiçilər də bilirdilər Lakin boğazdan keçməyi təhlükəli sayırdılar. Bu da əbəs deyildi.    

Səhraların möcüzəsi - dəvə

Dəvələr quru yerlərin sakinləridirlər. Bu nəhəng heyvanlar qoşadırnaqlılara aiddir. Dəvələrin ayaqları uzun olur. Onların boyunları da uzun və nazikdir.   

Yağış niyə yağır?

Günəşli bir yaz günü idi. Uşaqlar çəməndə oynayır, günəşin isti şüaları altında atılıb düşürdülər...