Son əlavə olunanlar

Təbiət

Afrika: müəmmalı materik

Afrika ölçüsünə görə Avrasiyadan sonra ikinci qitə və Yer kürəsinin ən isti materikidir.  Hesab olunur ki, Afrika bəşəriyyətin beşiyidir. 150 min il əvvəl burada  ümumi əcdadlarımız yaşayıb. Kiçik  bir insan qrupunun nəsilləri buradan bütün Yer üzünə yayılıb.   

Göbələklər qeyri-adi bir səltənətdir

Canlı təbiətdə qeyri-adi bir dünya - göbələklər səltənəti mövcuddur. Bu səltənətin  10-250 min arasında müxtəlif növ sakini vardır. Göbələk nə  heyvan,  nə də bitkidir. Göbələklər bitkilər kimi sporlarla çoxalır, heç yerə qaçmır və daim böyüyür. Buna baxmayaraq, göbələklərə bitki demək olmaz, çünki göbələklərdə yalnız heyvanlarda təsadüf edilən xitin, habelə melanin adlı boya maddələri  var.    

Heyvanlar haqqında 27 maraqlı fakt

Sizə elə gəlir ki heyvanlar aləmi insan aləmindən sadədir? Bu maraqlı faktları oxuyub stereotipin yanlış olduğunu görəcəksiniz! Bir kiloqram bal hazırlamaq üçün arı an azı 2 milyon çiçəkdən şirə çəkməlidir. Göyərçinlər nəzərdə tutduqları yerə gedib çıxmaq üçün minlərlə kilometr qət edirlər.  Avropalılar birinci dəfə zürafəni görəndə, onu “dəvəpard” adlandırmışdılar. Onlar belə güman etmişdilər ki o, dəvə ilə leopardın hibrididir.    

Neptun

Yerdən ən uzaq məsafədə yerləşən, Günəş sisteminə daxil olan səkkizinci planetdir. Diametrinə görə dördüncü, çəkisinə görə isə üçüncü planet hesab olunur. Neptunun çəkisi Yerdən 17,2, diametri isə 3,9 dəfə böyükdür. 1846-cı il sentyabrın 23-də kəşf edilən Neptun vizual müşahidə yolu ilə deyil, riyazi hesablamalar nəticəsində aşkarlanan ilk planetdir.    

Yupiter

Yupiter Günəş sisteminin beşinci və ən böyük planetidir. Saturn, Uran və Neptunla birgə nəhənglər sinfinə aid edilir.  

Uran - Günəş sisteminin yeddinci planeti

Günəş sisteminə səyahət zamanı biz sistemdə 7-ci planet olan Uran və onun peykləri ilə qarşılaşırıq. Bu, mavi-yaşımtıl rəngə boyanmış səthə malik, çox gözəl planetdir. Onun orbitində müxtəlif forma və ölçülərə malik 27 peyk dövr edir. Onlardan 5-i kifayət qədər iridir.