Dənizdə yaşayan dərili tısbağa Qırmızı kitaba daxil edilib. Ona, Şimal Buzlu Okeanından başqa bütün okeanlarda rast gəlmək olar. Dərili tısbağa həm də ən iri tısbağadır. Uzunluğu bəzən iki metri keçir! Bu tısbağanın məlum olan ən iri nümayəndəsi 916 kiloqram ağırlığındadır.
Uels universitetinin zooloqları maraqlı bir eksperiment keçiriblər. Onlar bir neçə dərili tısbağanın çanağına suyun dərinliyini ölçən cihazlar bərkidiblər. Məlum olub ki, tısbağalardan biri Atlantik okeanında 640 metr dərinliyə enib.
Dərili tısbağalar 98 faiz sudan ibarət olan meduza və planktonlarla qidalandığından, suyun üst hissələrində olan qida onlara kifayət etmir və bu səbəbdən suyun dərin qatlarına baş vurmağa məcbur olurlar.
18.09.2014