Son əlavə olunanlar

Nağıllar, hekayələr

L.N. Tolstoy. İnək

Bir kənddə, anası və altı uşağı ilə yaşayan Marya adlı dul bir qadın vardı. Onlar yoxsulluq içində yaşayırdılar. 

Namiq Abdullayev. Lampa niyə söndü

Kamil yuxudan duran kimi qanı qaraldı. Bərk yağış yağırdı. O, göyün üzünü bürüyən qara bulud topalarına baxıb acıqla dedi:

Dənizin sevinci

Soyuq bir payız günü idi. Dəniz məktəbdən qayıdırdı. Evə tez çatmaq istəyirdi. Həyətə yaxınlaşanda iniltiyə bənzər, zəif bir səs eşitdi. Dayandı. O yan-bu yana baxdı. Elə bir şey görmədi. Getmək istəyirdi ki, səs yenidən eşidildi. Dinlədi. Səs balaca kolun dalından gəlirdi. Tez kola yaxınlaşdı. Səhv etməmişdi. Burada balaca bir pişik balası büzüşüb tir-tir əsirdi. O, çox zəif idi, səsi güclə çıxırdı. Dəniz başa düşdü ki, pişik balası acdır, bir tərəfdən də soyuq...

Çiçək

Biri var idi, biri yox idi. Bir balaca qız var idi. Qızın adını atası o, anadan olanda  qoymuşdu. Balaca qızcığazın adı Çiçək idi. Atası deyirdi ki, bu övlad məni dünyanın ən xoşbəxt insanı etdi. Ona görə də onun adı Çiçək olmalıdır. Çünki, o bir çiçək kimi açıldı və bizim ailəyə çox sevinc gətirdi.

Elçin Əfəndiyev. Ayıca

Ayıca Aysunun ən birinci dostu idi.

Əbdürrəhim bəy Haqverdiyev. Ayın şahidliyi

Yay fəsli təzə daxil оlmuşdu. Şəhərin havasının qəlizliyindən, tоzundan, zəhmətinin кəsrətindən bir qədər asudalaşmaq və yоrulmuş bədəni кöhnə halətinə gətirməк üçün кəndə rəvan оldum. Qəndablı кəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu кəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni кəndə çəкən ancaq оnun gecələrinin səfası idi.