Son əlavə olunanlar

Nağıllar, hekayələr

Ağa necə dönüb at oldu? (Latış xalq nağılı)

Qədim zamanlarda bir qəddar ağa vardı. Onun öz muzdurlarına heç rəhmi gəlməz, onları canları çıxana kimi işlədərdi. Hətta bayramlarda belə dinclik verməzdi.

Əli Səmədli. Şabalıdın meyvələri niyə tikanlı olur?

Bir gün şabalıd ağacına belə bir sual verdilər: -Ay Şabalıd ağacı, sən ki belə gözəlsən, belə qollu-budaqlı, xeyirxahsan. Bəs niyə dadlı meyvələrini tikanlı qərzəyin içində gizləyirsən?

Tülkü və göy qurşağı

Böyük, sirli meşədə bir balaca tülkü  yaşayırdı. Əlbəttə, o, otlu düzənlikdə qaçırdı,  şən mahnılar oxuyurdu, buludları  izləyirdi  və ən çox öz dostları ilə gizlənqaç oynamağı sevirdi.

Zahid Xəlil. "Noğulun hesab dəftəri"

Noğul tut ağacının altında əyləşib hesab dəftərinə nə isə yazırdı. Ağacdan bir tut dənəsi düşdü. Cücə onun üstünə cumdu. Amma bir xoruz daha cəld tərpəndi. Tut dənəsini yedi. Cücə bir dəfə “Cipp” eləməklə kifayətləndi.

Zahid Xəlil. "Stolüstü lampanın dərdi"

Əlbəttə, heç kəsin ağlına belə gəlməzdi ki, bu lampanın da dərdi var. Məsələ burasında idi ki, lampa bir yazıçının stolunun üstündə ən hörmətli bir yerdə idi. Yazıçının hələ hamıdan gizlətdiyi əsərlərinin ilk əlyazmasını oxumağa təkcə ona icazə verilirdi.

"İki acgöz ayı balası" (Macar xalq nağılı)

Uzaq dağların arxasında, göy dərələrin о biri üzündə sıx, keçilməz bir meşə vardı. Bu sıx meşədə, talanın ortasında qoca bir ana ayı yaşayırdı. Ana ayı tək yaşamırdı, onun iki balaca balası var idi. Ayı balaları analarının yanında firavan yaşayırdılar. Amma vaxt gəldi, ayı balaları böyüdülər və öz xoşbəxtliklərini axtarmağa yola düşdülər.