Son əlavə olunanlar

Nağıllar, hekayələr

Əfsanə Laçın. Sərçə balası

Sərçə balasını yuvada qoyub yem dalınca getdi. Sərçə balası çör-çöpdən düzəlmiş yuvada tək qaldı. Birdən bərk külək əsdi. Sərçə balasını yuvadan yerə saldı. 

Eyvaz Zeynalov. "Bahalı şokolad qutusu"

Hə, əzizlərim, sizə bahalı bir şokolad qutusunun başına gələn qəribə əhvalatı danışacağam. Bu  bayram münasibətilə şirniyyat fabrikində doldurulmuş ən gözəl, ən bahalı şokolad qutularından biri idi. Balaca, qəşəng bir qızın ad gününə alıb gətirmişdilər...

Qar dənəsi. Günel Almaz

Qar dənəsi darıxırdı. Qərara gəldi ki, bir az uçsun. Uçdu, uçdu... Bir ağacın budağına qondu. Budaqda bir yarpaq qalmışdı, külək bir azdan onu qoparıb torpağa atdı. Qar dənəsi həmin budağa qonub dedi:

Fin xalq nağılı. Dələ və ovçular

Biri var idi, biri yox idi, bir dələ və onun dörd balası var idi. Onlar sakitcə öz yuvalarında oturmuşdular, birdən itin hürməsini eşitdilər. Səs getdikcə yaxınlaşırdı. Deyəsən, meşədə ovçu peyda olmuşdu. Dələ balaları qorxdular, ana dələ isə deyirdi:

İsveç nağılı. Əmələ görə qiymət

Bir gün bir kəndlinin atı qaçdı. Kəndli onu axtarmağa yola düşdü. Az getdi, çox getdi, gəlib bir meşəyə çıxdı. Meşəni dolaşanda yoluna bir dağ çıxdı. Dağda bir dərə var idi. Kəndli dərəni keçmək istədi, aşağı baxanda orda bir ilan gördü. İlanın quyruğu bir daşın altında qalmış, yerindən tərpənə bilmirdi.

Qasım bəy Zakir. Dəvəsi itən kəs

Günlərin bir günü qoca bir kişinin dəvəsi itir. O, kədərli, qəmli gəzməkdənsə, günlərini şad və sevincli keçirirdi. Dəvəsinin itməsinə baxmayaraq, onun xoşbəxtliyi hər kəsi təəccübləndirirdi. Özünü ağıllı hesab edən bir adam dəvəsi itmiş kişi ilə rastlaşır.