Son əlavə olunanlar

Nağıllar, hekayələr

Rəşid Bəy Əfəndiyev. Alma ağacının əhvalı

Meşәdә zorba bir cır alma ağacı bitmiş idi. Payız fәslindә bu ağacdan bir alma düşüb yerdә qalmış idi. Qurd-quş bu almanı dimdiklәyib һәm özünü vә һәm toxumunu yemiş idilәr. Alma toxumundan bir dәnәsi sıçrayıb yerin cadarına düşmüş vә orada qalmış idi. Qış ötdü, yaz açılan zaman günün һәrarәti yerә tәsir elәmәyә başladı, bu toxum da o vaxt göyәrmәyә başladı; torpağın içinә sarı kök atdı, һavaya iki yarpaq açıb baş çıxartdı.  

Rəşid Bəy Əfəndiyev. Uşaqların meşədəki əhvalatı

Bir neçә uşaq-qardaş vә bacı baһar fәsli mәktәbә gedirdilәr. Yol getdikcә, isti vә toz bunları incidirdi. Meşәnin sәrin vә gözәl һavası xoşlarına gәldi,-dedilәr ki, ey uşaqlar, gәlin kefimizi arayaq; bax, gör nә gözәl quş sәdası gәlir vә nә qәribә siçovullar atılıb-düşürlәr, gedәk meşәdә oynayaq.  

Nurlana İşıq. Şlyapalı dayanacaq

Günlərin bir günü, ayların şən ayı, illərin xoş ili, həftənin ilk səhəri İşığın nənəsi yuxudan ayılıb gördü ki, masanın üstündə yaşıl almalarla dolu meyvə qabına söykədilmiş bir məktub var. Nənə ipək şalını çiyninə salıb, eynəyini gözünə taxıb taxdı və məktubu oxumağa başladı...  

Mark Tven. Heklberri Finnin macəraları. XXXII fəsil

Mən gəlib malikanəyə çatdığım vaxt ətraf bazar günləri olduğu kimi sakit idi; isti, günəşli bir gün idi; hamı tarlaya, işləməyə getmişdi; havada böcək və milçəklərin güclə eşidiləcək vızıltılarından adamı elə kədər bürüyürdü ki, elə bil ətrafda hər şey ölmüşdü, bir balaca meh əsib ağacların yarpaqlarını xışıldadanda adamın ürəyi düşür və ela gəlirdi ki, kabuslar, çox-çox bundan əvvəllər ölmüş adamların ruhları bir-birilə pıçıldaşır, guya onlar sənin haqqında danışırlar. Bütün bunları görəndə və eşidəndə adam özü də ölmək istəyir, fikirləşirsən ki, heç olmazsa, bütün bunlar tezcə qurtarıb gedəydi!   

Nurlana İşıq. Qonur ayının səfəri

Meşənin ən qaranlıq yerində,  böyük bir mağarada balaca qonur ayılar dünyaya göz açmışdılar. Günlər keçdikcə parlaq xəzli bu ayıcıqlar bir – bir yuvanı tərk etməyə başladı. Onlardan yalnız biri  anasından ayrılmaq istəmirdi. Mehriban ana tez – tez öz balasına xatırladırdı:  

Nurlana İşıq. Turist oğlan

O var idi, bu yox idi, bəzən az idi, bəzən çox idi, ilin- günün boş vaxtı , böyük şəhərlərin xoş vaxtı , Yer kürəsinin meyxoş vaxtı idi.