Son əlavə olunanlar

Nağıllar, hekayələr

Cəvahir Tanrıverdi. Göy qurşağı (hekayə)

Günlərin yağış günündə Gülçin pəncərədən yağışın yağmasını seyr edirdi. Buludlar ətəklərinə yığdığı nə qədər su varsa, yerə tökürdülər. O bu suyun yağış adlandığını bilirdi. Sözlərin hər birini  yeni-yeni öyrənməyə başlayan Gülçin yağışı diqqətlə seyr edirdi. Yağış asta-asta yağırdı və bir az yağdıqdan sonra dayandı. Günəş isti əlləri ilə torpağa sığal çəkməyə başladı. Bunu görən Gülçin evdən bayıra çıxdı. Baxışlarını səmaya doğru yönəltdi. O, səmada rəngbərəng, sanki göy üzünün belinə dolanmış bir kəmər gördü:  

Mir Cəlal. Müalicə

Sənə kimdən deyim, özümdən. Günlərin bir günündə, qardaş, Bakıda özümə bəzəkli bir otaq düzəltdim.

Mir Cəlal. Dostumun qonaqlığı

TƏSADÜF  

Namiq Abdullayev. Balaca Kiberin macəraları. XXI fəsil

Kiber ölür. Ancaq seһirli maşının kömәyi ilә yenidәn dirilir

Meyxoş Abdullah. Saçaqlı konfet

Balaca Nurtacın atası zabit idi, orduda xidmət edirdi. Onlar hərbi hissənin həyətindəki  beşmərtəbəli binada yaşayırdılar. Nurtac evin tək övladı idi. Ağıllı və şirin bir qız olduğuna görə, ata-anası onu çox istəyirdilər.  

Coşqun Xəliloğlu. Yeraltı keçid

Məktəbimizin yaxınlığında yeraltı piyada keçidi var. Həmişə oradan keçib dərsə gedirəm. Amma sinif yoldaşlarımın bəzisi heç vaxt yeraltı keçiddən istifadə etmir. Soruşanda da deyirlər ki, məktəbə gecikirik. Yüyürə-yüyürə yolun bu üzündən o üzünə keçirlər. Nə maşınların  siqnal səsinə, nə də sürücülərin qışqırığına məhəl qoyurlar. Onları bir neçə dəfə yol polisləri saxlayıb, başa salmağa çalışsalar da,  heç nə dəyişilməyib.