Salam Qədirzadə. Burada insan yaşamışdı (2-ci hissə)
Fişəng atıldı, göylər odlu çiçəklər açdı. Top güllələrindən uçurulmuş evlər, dağıdılmış hasarlar, yanıb qurumuş ağaclar bir anlığa ap-aydın göründü, sonra yenə gecənin qaranlığına qərq oldu. Elə bu vaxt qarşı dərədəki düşmən cəbhəsindən vıyıltı ilə dalbadal gələn bir neçə mərmi xarabalığın yanında partladı.