Şimal-qərb bölgəsinin 30 məktəblisi respublika fənn olimpiadalarında medal qazanıb
2025-2026-cı tədris ilində keçirilən respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5 nəfər qızıl, 5 nəfər gümüş, 20 nəfər isə bürünc medal qazanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsinin məsul əməkdaşı Mahal Məmmədov məlumat verib.
06.05.2026