Coşqun Xəliloğlu. Balıq və lovğa qurbağa
Biri var idi, biri yox idi, balaca bir göldə yaşayan bir balıq var idi. Balıq suda rahat üzür, dincəlir, tapdığı xırda cücülərlə qidalanmaqla xoşbəxt həyat sürürdü. Onun heç nədən qorxusu yox idi. Heç kəs onu sorğu-suala tutmurdu.