Nağıllar, hekayələr

Bətül Yağsayan. Dənizdən qorxan adam

Biri var idi, biri yox idi, keçmiş zamanlarda bir padşah var idi. Günlərin bir günü padşah özünün yeni qulluqusu ilə birgə dəniz səyahətinə çıxır. Qulluqçu həmin vaxtadək dəniz görmədiyi üçün gəmiyə minən kimi qorxudan bağırır. Ətrafdakılar nə qədər çalışırlar, qulluqçunu sakitləşdirə bilmirlər.

 

Axırda gəmidəki müdrik bir qoca padşahın yanına gedir və deyir:
– Padşah sağ olsun, icazə verin, mən həmin adamı sakitləşdirim.

 

Padşah icazə verir. Müdrik adam dənizçilərin yanına gəlib onlara qulluqçunun belinə ip bağlayaraq dənizə atmağı əmr edir. Dənizçilər əmri dərhal yerinə yetirirlər.

 

Padşah bu mənzərəni görüb çaş-baş qalır, amma heç nə demir. Qulluqçu suda bir neçə dəqiqə çırpındıqdan sonra müdrik adam dənizçilərə əmr edir ki, ipi çəksinlər. Beləcə, qulluqçunu sudan çıxarırlar.

 

Həmin gündən onun qorxub şikayətləndiyini, səs-küy qopardığını eşidən olmur. Padşah müdrik adamdan bunun səbəbini soruşur.

 

Müdrik adam belə cavab verir:
– Qulluqçu indiyədək heç vaxt dənizə düşməmişdi. Ona görə də gəmidə olmağın suda olmaqdan nə qədər təhlükəsiz olduğunu anlamırdı. Bunu dənizdə boğulmağa başlayarkən anladı.

 

İnsan belədir: yaxşısının qiymətini başına pis bir iş gəldikdən sonra bilməyə başlayır.