Son əlavə olunanlar

Xəbərlər

“Sehrli üzük” hazırlanır

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Sehrli üzük” tamaşasının məşqlərinə başlanılıb. Tamaşa eyniadlı Azərbaycan xalq nağılının motivləri əsasında gənc rejissor Anar Məmmədov tərəfindən hazırlanır.   

"Kosmik Yeni İl" tamaşası tezliklə Bakıda

Yanvarın 2-dən 4-dək Heydər Əliyev Sarayında “Kosmik Yeni il” interaktiv tamaşası nümayiş olunacaq. Tamaşanı “Made in Odessa” yaradıcılıq emalatxanası təqdim edəcək.   

“Zoluşka” operası nümayiş etdiriləcək

Noyabrın 16-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Leonid Vaynşteynin “Zoluşka” operası nümayiş etdiriləcək. Libretto Şarl Perronun eyniadlı nağılı əsasında yazılıb.     

“Qırmızı papaq” əsərinin son məşqləri

Azərbaycan Dövlət Musiqili Teatrında Emin Sabitoğlu və Yevgeni Şvartsın “Qırmızı papaq” əsərinin son məşqləri gedir. Əsərin əsas qayəsini xeyirlə şərin mübarizəsində sonda xeyirxah qüvvələrin qalib gəlməsi, gənclərin yaşlı nəslə qayğı və diqqəti təşkil edir.  

“Maşa və ayı - maskalı qəhrəman köməyə gəlir” tamaşasının premyerası

Dekabrın 27-dən 30-dək, yanvarın 2-3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Maşa və ayı – maskalı qəhrəman köməyə gəlir” tamaşasının premyerası keçiriləcək. Seanslar rus və Azərbaycan dillərində olacaq.   

Sehrli Landiyada yeni il

Yeni il ərəfəsində Yer üzünün bütün insanları - böyüklər arzularının yerinə yetəcəyini, uşaqlar isə Şaxta babadan hədiyyələrini gözləyirlər. Bəs Şaxta baba özü haradan gəlir?