Son əlavə olunanlar

Xəbərlər

Üç yaşınadək uşaqlar və meymunlar asanlıqla dil tapır

Şotlandiya Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, üç yaşınadək uşaqlar və meymunlar asanlıqla dil tapır, özlərini tay-tuş kimi aparırlar. AzərTAc Britaniya KİV-lərinə istinadla xəbər verir ki, üç yaşında uşaqlarda nitqin inkişafı aralıq mərhələdə olur. 

Pantomima teatrı uşaqlar üçün tamaşalar göstərəcək

Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi hər ay olduğu kimi, noyabrda da uşaqları yaddan çıxarmayıb. Teatrın noyabr ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik.     

“Sehrli xalat” 50 ildir ekranlarda

Noyabrın 5-də Nizami Kino Mərkəzində bir neçə nəslin sevimli ekran əsəri olan, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyi qeyd olunacaq.

Kukla teatrı maraqlı tamaşalar hazırlayıb

Əziz uşaqlar! Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının noyabr ayı üçün repertuarını təqdim edirik.      

“Üç qardaş” nağıl-tamaşasının premyerası

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı-jurnalist Ağaddin Babayevin uşaqlar üçün yazdığı “Üç qardaş” nağıl-tamaşanın premyerası olub.  “Məlikməmməd” nağılının motivləri əsasında yazılmış səhnə əsərində nağılda cərəyan edən hadisələrə yeni məzmun verilib.

Moskva zooparkının maraqlı təşəbbüsü

Bəzən valideynlər çox çətin bir məsələ ilə qarşılaşırlar: uşaqların ad gününü yaddaqalan etmək üçün bu əziz günü harada şən və maraqlı keçirmək olar? Moskva zooparkı maraqlı bir təşəbbüsə imza atıb. Heyvanxanada   “Zooparkda ad günü” adlı yeni xidmət istifadəyə verilib.