Qəşəm Nəcəfzadə. Əlifbam
Hərflərin yuvası,
Əlifbam, ay əlifbam.
Şirin ana laylası,
Əlifbam, ay əlifbam.
Anamın səsi səndə,
Körpə nəfəsim səndə.
Arzum, həvəsim səndə
Əlifbam, ay əlifbam.
Sən mənim ilk kitabım,
Vətənim, yurdum, adım.
Vərəqlərin qanadım,
Əlifbam, ay əlifbam.
Təzə kövrək çiçəyəm,
Səndən su içəcəyəm,
Sənə and içəcəyəm,
Əlifbam, ay əlifbam.