İbrahim Yusifoğlu. Külək apardı
- Aysun, əlində
Şarların vardı.
- Baba, şarları
Külək apardı.
- Aysun, bəs sənin
Güllərin hanı?
- Külək apardı,
Babanın canı.
- Aysun, telindən
Bantı kim açdı?
- Bantımı külək
Aldı və qaçdı.
- Aysun, heybəndə
Bu nar nə nardı?
- Baba, budaqdan
Külək qopardı.
- Aysun, sən sabah
Bəs nə edəssən.
Bağçaya şarsız,
Bantsız gedəssən?
İstədim alam,
Sənə bant, şarı.
Əlimdən pulu
Külək apardı.