Həsənəli Eyvazlı. Acgöz Lalə
Leylada nə görürdü,
Lalə mənim deyirdi.
Leylanın çantasından,
Nə tapırdı yeyirdi.
Nənə bir gün onlara,
İki dondurma aldı.
Birin Lalə götürdü,
Biri Leylaya qaldı.
Lalə yedi payını,
Ancaq gözü doymadı.
Leylanın payını da,
Gizlin götürüb yedi.
Leylanı görən kimi,
Qarınqulusan - dedi.