Şeirlər

Muxtar Qasımzadə. Təndir

Lavaş yapılan yerin
Uşaqlar,adı olur.
İçinə odun atsan
Çathaçat odu olur.

 

Təndiri kənddə gördüm
Odu çox iti olur.
Uzun, yumru küftəsi,
Möhrədən badı olur.


Hörmə çəpərəsinin
Yuxadan qatı olur.
Nənəm dedi: maşallah
Nəvəmin baxtı olur.


Əppək yapanda gəlir,
Ruzulu vaxtı olur...
Təndirdən tapı çıxdı,
Nənəm qoynuma sıxdı.


Döndüm, qaçdım qapıdan,
Tikələdim tapıdan,
Nə gözəl dadı olur...