Son əlavə olunanlar

Xəbərlər

Yeni ilə “Madaqaskar”la

Dekabrın 25-dən, 2015-ci ilin yanvarın 4-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Madaqaskar” adlı yeni il tamaşası göstəriləcək. “Madaqaskar” qəhrəmanlarının ekrandan səhnəyə gətirilməsi, rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı azyaşlı tamaşaçıların Yeni il tətilinə gözəl bir hədiyyə olacaq.  

Gənc Tamaşaçılar Teatrı uşaqlar üçün maraqlı tamaşalar göstərəcək

Əziz uşaqlar! Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının dekabr ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik.

Rus dram teatrı uşaqlar üçün tamaşalar hazırlayıb

Əziz uşaqlar! Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının dekabr ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik.

Dekabr ayında pantomima teatrı həvəskarlarını maraqlı tamaşalar gözləyir

Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi hər ay olduğu kimi, dekabrda da uşaqları yaddan çıxarmayıb. Teatrın dekabr ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik.

Əmman Uşaq Muzeyi - dünyanı birlikdə dərk edirik!

Əmman Uşaq Muzeyi təkcə İordaniya paytaxtının ən populyar görməli yerlərindən biri deyildir. O, həm də uşaqların asudə vaxtlarını əyləncəli keçirmələri üçün əsl tapıntıdır. Təsadüfi deyildir ki, muzeyə həm turistlər, həm də iordaniyalılar böyük həvəs və maraqla gəlirlər. Bu qəribə muzeyi başqalarından fərqləndirən başlıca cəhət budur ki, bura başdan-başa müxtəlif interaktiv eksponatlarla doludur.    

“Kapellhaus”da alman milad bazarı

Noyabrın 30-da “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Birliyi alman milad bazarı keçiriləcək. Tədbirin proqramına uşaq xorunun çıxışı, lotereya oyunu və Santa Klausun gəlişi daxildir.