Xəbərlər

“Qobustan” oyunu 54 327 nəfər istifadəçi tərəfindən yüklənib

BAKU, 28 yanvar (AzərTAc). Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yerli mütəxəssislər tərəfindən “Google Play” tətbiqetməsində Azərbaycanın qədim sakinləri barədə “Qobustan” adlı oyun hazırlanıb. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, oyun orijinal süjet xətti, çox gözəl dizaynı, personajları və musiqi tərtibatı ilə seçilir. Statistik göstəricilərə əsasən, bu günədək “Qobustan” oyunu 54 327 nəfər tərəfindən yüklənib. Bununla yanaşı, “Youtube” vasitəsilə oyuna olan ümumi baxışların sayı 15 588 nəfər təşkil edir. 
Aşağıdakı linklərdən oyun haqqında daha ətraflı məlumat almaq və oyuna daxil olmaq mümkündür.
 
https://play.google.com/store/apps/details?id=air.az.cartoon.app.gobustan&hl=ru
 
https://www.youtube.com/watch?v=Nfyosq2VJNE