Moskva uşaq teatrları Bakıda “Çipollinonuin macəraları” və “Çəkməli pişik” tamaşalarının təqdim edəcək
BAKI, 23 yanvar (AzərTAc). Əziz uşaqlar! “Çipollinonun macəraları” və “Çəkməli pişik” nağıllarını yəqin ki, xatırlayırsınız. Məktəblilərin yaz tətili və Novruz bayramı ərəfəsində Bakıda ilk dəfə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Moskva uşaq teatrlarının aparıcı artistlərinin “Çipollinonun macəraları” və “Çəkməli pişik” tamaşalarının premyerası ilə qastrolu olacaq.