
BAKI, 30 yanvar (AzərTAc). Azərbaycan Dövlət Pantomima Teatrının kollektivi həmişə olduğu kimi, fevral ayında da uşaqları yaddan çıxarmayıb. Teatrın fevral ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik:
8 fevral – "Tıq-Tıq"
22 fevral – "Balaca şahzadə"
Bu tamaşalara baxdıqdan sonra yersiz küsəyənliyin, lovğalığın zərərinə, dost tapmağın çətinliyinə, dostluğu qorumağın vacibliyinə bir daha əmin olacaqsınız. Pantomimanı “sözsüz teatr” da adlandırmaq olar. Teatrın universal dili olaraq qəbul edilən pantomima, bədən dili ilə istənilən duyğu ya da mövzunu izah etməkdir. Azərbaycanda pantomima teatrının tarixi 1994-cü ildən başlayır. Sonradan bu teatr-studiya Dövlət Pantomima Teatrına çevrilib. Teatrın baş rejissoru Bəxtiyar Xanızadədir. Tamaşalar saat 14:00-də başlayacaq.
30.01.2015