
ABŞ alimləri müəyyən ediblər ki, gecə planşet və smartfonda oxuyan adamlarda yuxu problemi keyfiyyətli E-lnk bukriderini və ənənəvi çap məhsulunu üstün tutanlardan daha çox olur. Planşet pərəstişkarları həmçinin daha çox yorulur və daha pis yatırlar. Bu barədə məlumat Proceedings of the National Academy of Sciences saytında yer alıb.
AzərTAc xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, alimlər problemin kökünü planşet və smartfonun işığında görürlər. Bu işıq insan orqanizmində bioloji saatın pozulmasına gətirib çıxarır və “yuxu hormonu” olan melatoninin ifraz edilməsini zəiflədir. Sadə dillə desək, orqanizm fikirləşir ki, hələ axşam olmayıb, çünki görmə orqanı parlaq işıqsaçan obyektdə cəmlənir. Qıcıqlandırıcı qurğu yığışdırılandan sonra beyinə bu dəyişikliyi qəbul etmək üçün daha bir qədər vaxt lazım gəlir. O zaman isə yata bilməyən oxucu yenidən smartfon və ya planşetə qayıdır.
Eksperimentin rəhbəri Çarlz Çeysler BBC-yə müsahibəsində qeyd edib ki, “elektron kitab oxumaq vasitələrinin əksəriyyəti işığı birbaşa oxucunun gözünə istiqamətləndirir, halbuki adi kitabı oxuyanda və ya orijinal Kindle vasitəsində işıq kitabın səhifələrindən əks olunur”. Ç.Çeysler əlavə edib ki, insanlarda yuxusuzluq xərçəng, ürək damar xəstəliklərinin, eləcə də maddələr mübadiləsi probleminin yaranması riskini artırır.
14.01.2015