Son əlavə olunanlar

Mədəni irsimiz

Azərbaycanın unudulmaz bəstəkarı Ramiz Mirişli

Azərbaycanın sevilən, mahnıları  illər ötsə də daim dillər əzbəri olan  bəstəkarı Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olmuşdur. Asəf Zeynallı adına musiqi məktəbində oxuyan R. Mirişli 1956-1962-ci illərdə  Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.   

Azərbaycan uşaq mətbuatı

Azərbaycan mətbuatının ən böyük qollarından biri də uşaq mətbuatıdır. Bu sahənin yaranmasında N.Nərimanov, C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Şaiq, Ü.Hacıbəyov, S.S.Axundov, R.B.Əfəndiyev, A.Səhhət, M.Mahmudbəyov kimi müəllim və yazıçıların unudulmaz xidmətləri olmuşdur. 

Naxçıvan qadınlarının milli geyimləri

Naxçıvanın qədim qadın geyimlərində adətən innabı, yaşıl, gümüşü rənglərə üstünlük verilirdi. Geyim dəstindəki rənglər ən kiçik detallara qədər dəqiqliklə və uyğun çalarlarla seçilirdi. 

Azərbaycan milli musiqi alətləri

Xalqımızın milli sərvəti sayılan çalğı alətləri zənginliyi və müxtəlif növlüyü ilə seçilir. Onların əksəriyyəti qədim dövrlərdə yaranmış, təkmilləşərək dövrümüzə gəlib çatmışdır. 6 min yaşı olan Qobustan qaya rəsmlərinin yaxınlığında yerləşən “qaval çalan daş”dan əcdadlarımız zərb aləti kimi istifadə etmişlər. 

Gəncə Dövlət Kukla Teatrı

Gəncə Dövlət Kukla Teatrının binası XIX əsrin tarix-memarlıq abidəsidir. Bu bina 1885-ci ildə almanlar tərəfindən lüteran kilsəsi kimi inşa edilmişdir. 1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə müharibəsindən sonra Gəncə vilayətinə almanlar köçürülmüşdür.

Şirvanda xalçaçılıq ənənələri

Azərbaycan xalçaları içərisində Şirvan xalçalarının özünəməxsus yeri vardır. Şirvan xalqının məişət tərzinin əsas hissəsi olan xalçalar əsrlər boyu mənzillərin bədii tərtibatında başlıca yer tutmuşdur. Burada digər xalq sənət sahələri kimi xalçaçılıq da bədii-texnoloji baxımdan müxtəlif inkişaf mərhələləri keçmişdir.