Son əlavə olunanlar

Mədəni irsimiz

Cəbrayıl xalçaları

Qarabağ tarixən dünyada həm də öz xalçası ilə tanınıb. Qarabağ xalçalarının 33 kompozisiyası mövcuddur. Yerli qoyun növlərinin yununun xüsusiyyətlərinə görə Qarabağ xalçaları sıx hündür və yumşaq xova malikdir

Azərbaycan xalq musiqisi

Xalqımız əsrlər boyu gözəl mahnılar yaradıb. Bu mahnılar xalq mahnısı adını alıb və sevilib. Xalq mahnıları əmək, mərasim, məişət və tarixi mövzuları əhatə edib. Onlar xalq musiqiçiləri - xanəndələr, xalq musiqi alətləri ifaçıları tərəfindən bəstələnib, el şənliklərində ifa olunub. Beləliklə, eldən-elə yayılıb və bu günümüzə qədər gəlib çatıb.

Əmək alətləri necə meydana gəldi

Ən qədim insanlar əmək alətlərini, əsasən, daşdan düzəldirdilər. Ona görə də bəşər tarixinin ilk dövrü daş dövrü adlanır. Daş dövrü üç mərhələyə bölünür: qədim daş dövrü; orta daş dövrü; yeni daş dövrü.

Muğam

Muğam Azərbaycan xalq musiqisinin əsasını təşkil edir. Azərbaycan bəstəkarlarının əsərləri öz kökü etibarilə muğamlara bağlıdır.

Azərbaycanın milli baş geyimi – papaq

XX əsrin əvvəllərinə qədər papaq Azərbaycanda baş geyimi olmaqla yanaşı, həm də simvol sayılırdı. Cəsarət, ləyaqət və şərəf rəmzi hesab olunurdu. Hətta bir kişinin papağının oğurlanması onun sahibinə qarşı düşmən hücumu kimi qiymətləndirilirdi.

Qavaldaş

Qobustan qoruğunda Qavaldaş adlanan qədim musiqi aləti qorunub saxlanılır. Böyükdaş və Cingirdağda olan və «Qavaldaş» adlanan daş musiqi qurğuları qədim qobustanlıların böyük ixtirası kimi dəyərləndirilir.