Azərbaycan Dövlət Filarmoniyası
Azərbaycan Dövlət Filarmoniyasənın binası 1910-1912-ci illərdə “İctimai toplantıların yay binası” proyekti kimi inşa edilmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə pərakəndə fəaliyyət göstərən ansambllar, orkestrlər və musiqi həvəskarları bu binada toplandı. 1936-cı il mayın 25-də SSRİ-nin (MDB) başqa respublikalarında olduğu kimi Azərbaycanda da Filarmoniya yarandı.